Ana səhifəQiymətlərXidmətlərSual-cavabŞirkət haqqındaƏlaqə Az En Ru

Genişformatlı rəngli çap.

Genişformatlı rəngli çap.

Siz kətanda rəsm əsəri əldə edə bilərsiniz.
Parlaq və rəngarəng etiket əldə edə bilərsiniz.
Tədbir üçün roll-up çap edə bilərsiniz.
Lightbox üçün reklam çap edə bilərsiniz.
Böyük formatda fotoşəkil sifariş verə bilərsiniz.

 

Çap üçün material.

Backlit

Xüsusi örtüklü, təsvirlərin mükəmməl keyfiyyətini, yüksək kontrast və dərin dolğun rəngini təmin edən universal plyonka bağlı və açıq yerlərdə istifadə olunan işıq qutuları və arxa işıqlandırmalı stendlər üçün idealdır. Şəkillər işıqlandırma olan zaman və ya işıqlandırmasız parlaq görünəcəklər. Material xırda detalların keyfiyyətli təsviri ilə əla aydınlıqlı şəkillər əldə etməyə imkan verir.


UniversalMatt Artist Canvas –
Reproduksiyalar üçün universal kətan

Rəsm əsərlərinin yüksək keyfiyyətli çapı üçün iplik əsaslı kətan. Parça üzü əlavə dekorativ effekt yaradır, strukturlaşdırılmış donuq səth isə çapın yüksək keyfiyyətini artırır və istənilən küncdən baxdıqda işıq ləkəsi olmur. 

Self-Adhesive Vinyl Glossy Coated

PVC əsaslı polimer material asanlıqla yapışdırılır və qeyri-hamar səthdə əla saxlanılır. Şəkil üçün parıltılı əsas fotorealistik şəkillər əldə etməyə imkan verir, rəngləri gözəl əks etdirir və şəkillər dolğunluğu, aydınlığı ilə seçilir. Material yüksək elastikliyi ilə fərqlənir və küncləri ilə yapışdırmağa imkan verir. Yapışqanın yüksək xüsusiyyətlərinə baxmayaraq, material asanlıqla, heç bir iz qoymadan qopur.


Matt Polypropylene Banner

Düz səthini saxlayan və kənarları əyilməyən qeyri-şəffaf əsaslı möhkəm rütubətədavamlı material. Açıla bilən və sərbəst asılan bannerlər kimi reklam sistemləri üçün çox yaxşıdır. Donuq səth yüksək imkanlı çapı, rənglərin dəqiq ifadəsini və tam qara rəngi yaxşı təmin edir.

 

Matt Poster Presentation Paper 170 gr.

Rəngli qrafik çap üçün yüksək bəyazlıq dərəcəsi olan unliversal qalın donuq tərtibat kağızı. Geniş rəng çalarlarında və əla sıxlıqda şəkilləri dəstəkləyir. Materialının yüksək sıxlığı sayəsində kağız əla sərtlik və möhkəmlik dərəcəsinə malikdir.

 

Universal  Photo Paper 195 gr.

Fotoşəkil üçün klassik kağızı maksimal dəqiq təqlid edən orijinal xırda dənəvər teksturalı açıq ağ qalın parlaq kağız. Material yüksək keyfiyyətli fotoşəkil, təsviri qrafika, interyer qrafikasının çapı üçün istifadə olunur.

 

Self Adhesive Vinyl

Düz və az əyriliyi olan hamar səthlərə yapışdıırmaq üçün ağ vinil. Vinilin əsasına yapışqan təbəqəsi çəkilib və çıxarılabilən örtüklə bağlanıb. Vinilin üstü rütubətə və mexaniki təsirə davamlıdır ki, bu da onu interyer qrafikası üçün, həmçinin, qısamüddətli xarici istifadə üçün yararlı edir. 







yuxarı qalx

 
Информационная поддержка сайта осуществляется бизнес порталом www.biznesinfo.az

Copyright © 2011 Doculand. All rights reserved.
Colorful Ideas!